Bakı, 11 fevral (AzərTAc). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX
əsrin ən dəhşətli faciələrindən biri baş vermişdir. Ermənistan silahlı
qüvvələri SSRİ dövründən Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin
köməyi ilə bu şəhəri yerlə-yeksan etmiş, etnik azərbaycanlılara qarşı
soyqırımı törətmişdir.